Türkiyə nəhəngi portuqaliyalı ulduz üçün yenidən hərəkətə keçib
Portuqaliya millisinin üzvü Joao Feliks karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, hücum xəttini gücləndirməyi planlaşdıran "Qalatasaray" bu futbolçunun xidmətində maraqlıdır.
Portuqaliya mətbuatında yayılan xəbərlərdə istanbulluların sözügedən transfer üçün yenidən hərəkətə keçdiyi bildirilir.
Futbolçunun özü mövsümün sonunda "Milan"dan ayrılmaq niyyətindədir.
Məxsus olduğu "Çelsi"nin isə yeni sezonda da onu icarəyə verməyi planlaşdırdığı haqda xəbərlər dolaşır.
Bu halda "Qalatasaray"ın onu heyətə qatmaq istəyinin reallaşmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, Joao Feliks bu mövsüm keçirdiyi 33 oyunda 8 qol və 3 asistlə yadda qalıb.