Türkiyə Super Kubokunun sahibi bilindi
Futbol üzrə Türkiyə Super Kubokunun sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunun sahibi - “Sivasspor” üz-üzə gəlib.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.
Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Super Kubokun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı.