Türkiyə Super Liqasında 2-ci tur start götürür

Türkiyə Super Liqasında 2-ci tur bu gün keçiriləcək bir oyunla start götürəcək.

Sportline.az xəbər verir ki, həftənin açılış oyununda "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Ədalət təmsilçisi Direnç Tonusluoğlu olacaq.

Qeyd edək ki, "Qalatasaray" avqustun 21-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Yanq Boys"un qonağı olacaq.