Türkiyə Super Liqasında bu gün
Türkiyə Super Liqasında birinci tur bu gün başa çatacaq.
Sportline.az xəbər verir, bu günə 2 görüş nəzərdə tutulub.
Çempionatın debütantı "Bodrumspor" doğma meydanda "Gaziantep"lə qarşılaşacaq.
Digər oyunda "Rizespor" və "Başakşehir" münasibətləri aydınlaşdıracaq.
Hər iki matç Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Qeyd edək ki, yarış cədvəlinə 3 xalla "Beşiktaş" başçılıq edir.