Türkiyə Super Liqasında bu gün daha 3 oyun keçiriləcək
Türkiyə Super Liqasında ilk turun oyunları bu gün baş tutacaq 3 qarşılaşma ilə davam edəcək.
Sportline.az xəbər verir ki, çempionluğa əsəs namizədlərdən "Fənərbağça" ilk turda "Adana Demirspor"la qarşı qarşıya gələcək. İstanbuldakı matçın start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.
Bu gün "Kasimpaşa"-"Konyaspor" (20:15) və "Antalyaspor"-"Göztepe" (22:45) oyunları da keçiriləcək.
Qeyd edək ki, mövsümün açılış oyununda "Qalatasaray" ötən gecə doğma meydanda "Hatayspor"u 2-1 hesabı ilə məğlub edib.