Türkiyə Super Liqasında növbəti turun 3 oyunu təxirə salınıb
Türkiyə Super Liqasında 3 həftə keçirilməsi planlaşdırılan "Qalatasaray"-"Qaziantep FK", "Trabzonspor"-"Kayserispor" və "Samsunspor"-"Başakşehir" oyunları təxirə salınıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu addım Türkiyə klublarının Avrokuboklarda matçları olduğu üçün atılıb.
"Qalatasaray" UEFA Çempionlar Liqasında İsveçrə təmsilçisi "Yanq Boys" ilə üz üzə gələcək. Konfrans Liqasında mübarizə aparan "Trabzonspor" İsveçrənin "St.Qallen", Başakşehir isə İrlandiyanın "Sent Patriks" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə təmsilçiləri ilk oyunlarını avqustun 21 və 22-də keçirəcəklər.