Türkiyə Super Liqasında yeni mövsüm sabah start götürəcək
Türkiyə Super Liqasında 2024/2025 mövsümünə sabah start veriləcək.
Sportline.az xəbər verir ki, açılış oyununda son çempion "Qalatasaray" doğma meydanda "Hatayspor"la qarşılaşacaq.
"Rams Park"da keçiriləcək görüş Bakı vaxtı ilə 22:00-da başlayacaq.
"Qalatasaray" son mövsümü rekord xalla (102) çempion tamamlamışdı.
Qeyd edək ki, "sarı-qırmızılılar" mövsümün ilk rəsmi oyununda Super Kubokda "Beşiktaş"a 0-5 hesabı ilə məğlub olub.