Türkiyə Superliqasında istefa

“Göztəpə”nin baş məşqçisi İlhan Palut istefa verib.

Sportline.az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, Superliqanın 18-ci turunda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra bu qərarını açıqlayıb.

İlhan Palut ötən ilin qışından İzmir təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, “Göztəpə” 19 xalla 14-cü pillədə qərarlaşıb.