Türkiyə üçün əlamətdar futbol hadisəsi yaşanacaq

Aprelin 24-də Türkiyə futbolu üçün əlamətdar hadisə reallaşacaq.

Sportline.az xəbər verir ki, həmin gün İstanbulda UEFA-nın rəsmi nümayəndəliyinin açılışı olacaq.

Tədbirə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

Təntənəli mərasimə UEFA-ya üzv olan 55 milli federasiyanın rəhbərliyi dəvət edilib.

Qeyd edək ki, İstanbul London və Brüsseldən sonra UEFA-nın rəsmi nümayəndəliyinin yerləşdiyi üçüncü şəhər olacaq.