Türkiyəli basketbolçu NBA-nın tarixinə düşüb
Türkiyə millisinin 21 yaşlı basketbolçusu Alpərən Şəngür NBA-nın tarixinə düşüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Hyuston Rokets" klubunun basketbolçusu 21 yaşında NBA-da 37 dəqiqə ərzində ən çox xal qazandıran oyunçu olub.
Gənc basketbolçu "İndiana Peysers"lə görüşdə 37 dəqiqə ərzində 20 atışdan 11-də dəqiq oynayıb, 30xal, 16 ribaund, 5 asistlə gecənin ən məhsuladr oyunçusu olub.
Qeyd edək ki, Alpərən Şəngür, Maykıl Cordan və Məcik Consondan sonra 3-cü ən çox xal qazandıran 21 yaşlı basketbolçu adına yiyələnib.