Türkiyəli futbolçu karyerasını 1-ci liqada davam etdirəcək
Türkiyə 1-ci liqa komandalarında "Sakaryaspor" "Ankaragücü" forması geyinən Alper Uludağı heyətinə qatıb.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu ilə Sakarya klubu arasında 1+1 illik müqavilə imzalanıb.
Alper ötən mövsüm paytaxt klubu ilə çıxdığı 10 oyunda 1 qol vurub.
Qeyd edək ki, Alper Uludağ daha əvvəl karyerasında "Adana Demirspor", "Giresunpor" və "Trabzonspor" kimi klubların formasını geyinib.