UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, bu gün 13 oyun keçiriləcək.

"Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki rəqibləri olan "Şkendiya" və FKSB Şimali Makedoniyada  üz-üzə gələcəklər.

22 iyul

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

19:00 "KuPS" (Finlandiya) – "Kayrat" (Qazaxıstan)

20:00 "Linkoln" (Cəbəllütariq) – "Srvena Zvezda" (Serbiya)

20:00 "Noa" (Ermənistan) – "Ferentsvaroş" (Macarıstan)

21:00 "Kopenhagen" (Danimarka) – "Drita" (Kosovo)

21:00 "Hamrun" (Malta) – "Dinamo" (Kiyev, Ukrayna)

21:00 "Pafos" (Kipr) – "Makkabi" (Təl-Əviv, İsrail)

21:00 "Viktoriya" (Çexiya) – "Servett" (İsveçrə)

21:00 RFŞ (Katviya) – "Malmö" (İsveç)

22:00 "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya)

22:15 "Slovan" (Slovakiya) – "Jrinski" (Bosniya)

22:30 "Lex" (Polşa) – "Breydablik" (İslandiya)

22:45 "Reyncers" (Şotlandiya) – "Panatinaikos" (Yunanıstan)

22:45 "Riyeka" (Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan)