UEFA-dan Türkiyəyə mesaj
UEFA 2024-cü il Avropa çempionatının ev sahibinin seçimində insan hüquqlarına riayəti nəzərə alacağını açıqlayıb. Sportline.az xəbər verir ki, bu mesaj, ilk növbədə yarışın təşkilinə namizədliyini irəli sürən Türkiyə və Almaniyaya ünvanlanıb. Qitə ali futbol qurumunun bəyanatında bildirilir ki, insan hüquqlarının müdafiəsi UEFA üçün ən vacib amillərdəndir. Bundan sonra, qurumun bayrağı altında keçirilən bütün turnirlərin və final oyunlarının ev sahibliyinə iddialılar bu qaydalara riayət etməlidirlər. Qeyd edək ki, Türkiyə müxalifəti bu yaxınlarda keçirilən referendumla bağlı etiraz bəyanatları ilə çıxış etmişdi. Bəziləri artıq indidən, Türkiyənin Avro 2024 iddiasının üstündən xətt çəkir.