UEFA-dan yenilik
UEFA bu il Fransada keçiriləcək Avropa çempionatında yeni sistemdən istifadə etməyi planlaşdırır. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu sistem mübahisəli anlarda topun xətti keçib-keçdəyini bildirəcək.
Bu sistemdən 2016-2017 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində də istifadə olunacaq.
Qeyd edək ki, hazırda qolun avtomatik qeydə alınma sistemindən İngiltərədə və İtaliyada istifadə edilir. Bu texnologiyanın sayəsində top qapı xəttini keçən zaman hakimin saatına siqnal gəlir.