UEFA "Fənərbağça"ya intizam işi açdı
UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.
Sportline.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
UEFA “Fənərbağça”ya Kiyev “Dinamo”suna qarşı keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu zamanı azarkeşlərinin Rusiya Prezidenti Vladimir Puitinlə bağlı şüarlar səsləndirdiyi üçün intizam işi açıb.
“Fənərbağça” iki oyunun (0:0, 1:2) nəticəsinə görə “Dinamo”ya uduzub və Çempionlar Liqası ilə vidalaşıb.