UEFA Gənclər Liqası: "Qarabağ" - "Çelsi" oyunu üçün heyətlər
Bu gün UEFA Gənclər Liqasında 5-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası doğma azarkeşlər önündə son oyununa çıxacaq. Rəqib "Çelsi" olacaq.
İlk görüşdə 5 cavabsız qolla qələbə qazanan "zadəganlar", bu dəfə 3 xal qazanmaq niyyətindədirlər. Son oyununda "Atletiko"nu məğlub edən Ağdam klubu da meydana ağ bayraq qaldırmağa çıxmayacaq.
"Azərsun Arena"da keçiriləcək görüşün start fiti saat 15:00-da səslənəcək.
22 noyabr 2017
UEFA Gənclər Liqası
"C" qrupu, 5-ci tur
15:00. “Qarabağ” - “Çelsi”
"Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (K), 47. Əsgər Hüseynov, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov
Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 37. Akif Hümbətzadə, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev
"Çelsi": 1. Martsin Bulka, 2. Mark Qei, 3. Jozef Kolli, 4. Etan Ampadu, 5. Koul Da Silva (K), 6. Billi Qilmor, 7. Karvi Seynt-Kler, 8. Corc Makİçran, 9. Martell Teylor-Krossdeyl, 11. Ceykob Meddoks, 12. Kollum Hadson-Odoy
Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 14. Çarli Braun, 15. Tarik Uvakve, 16. Xuan Familio-Kastilyo, 17. Conatan Panzo, 18. Xuan Familio-Kastilyo
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı. “Azərsun Arena”