UEFA klublarımızın oyunlarının vaxtını və yerini dəyişdi

UEFA Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlarının yeri və vaxtını dəyişib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, buna hər üç komandanın ev oyununun Bakıya təsadüf etməsi səbəb olub.

Beləliklə, "Zirə" "Astra" ilə ilk oyununu iyulun 13-də Rumıniyada keçirəcək. Cavab matçı bir həftə sonra "Dalğa Arena"da olacaq.

"İnter" "Fola"nı (Lüksemburq) ayın 13-ü yox, 12-i qəbul edəcək. 

"Qəbələ" - "Yaqelloniya" qarşılaşması isə ayın 13-ü 8-ci km stadionunda oynanılacaq. 

Bütün cavab matçları iyulun 20-nə təsadüf edəcək.