UEFA Səlçuk İnanın üzünü güldürdü

UEFA ilin qolunu müəyyənləşdirib. SportLine.az xəbər verir ki, qurumun rəsmi tvitter hesabında keçirdiyi sorğuda Türkiyə millisinin üzvü Səlçuk İnanın qolu ən yaxşı seçilib. Futbolçunun “Avro-2016”nın təsnifat mərhələsində İslandiya millisinin qapısına vurduğu qol azarkeşlər tərəfindən daha çox səsə layiq görülüb.