Uimbldon: Cokoviç inamla irəliləyir

Novak Cokoviç mövsümün üçüncü "Böyük dəbilqə" turniri olan "Uimbldon"da inamla irəliləməkdədir.

Sportline.az xəbər verir ki, serbiyalı tennisçi ikinci turda britaniyalı Daniel Evansla qarşılaşıb.

Korta favorit qismində çıxan Çokoviç pərəstişkarlarının etimadını doğruldub.

İlk seti 6-3 hesablı qələbə ilə bitirən serb raketka ustası qalan hisələrdə də təşəbbüsü əldən verməyib. 6-2, 6-0 və rəqibi 3-0 hesablı məğlubiyyətə uğradan Novak növbəti mərhələyə yüksəlib.

O, üçüncü turda həmyerlisi Miomir Kesmanoviçlə qarşılaşacaq.