"Uimbldon": Karlos Alkaras növbəti mərhələdə
Karlos Alkaras mövsümün üçüncü "Böyük dəbilqə" turniri olan "Uimbldon"da növbəti tura yüksəlib.
Sportline.az xəbər verir ki, ispaniyalı tennisçi Londonda keçirilən turnirin üçüncü günündə pərəstişkarları önünə çıxıb.
Britaniyalı Oliver Tarvetlə görüşdə onun imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar.
Son iki "Uimbldon" turnirinin qalibi olan Alkaras, rəqibini 3-0 hesabı ilə məğlubiyyətə uğradıb.
6-1, 6-4, 6-4 və yarışın əsas favoriti növbəti mərhələdədir.