Ukrayna millisi Şevçenkoya həvalə olunacaq
Ukrayna Futbol Federasiyası milli komandanın baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. SportLine.az xəbər verir ki, Mixail Fomenkonun işindən narazı qalan federasiya komandanı Andrey Şevçenkoya tapşırmağı planlaşdırır.
"Avro-2016"da uğursuz çıxışla yadda qalan Ukrayna millisi çempionatda çıxışını başa vuran kimi dəyişiklik rəsmiləşəcək.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis Mixail Fomenkonun köməkçisi funksiyasını icra edirdi.