Upamekanoya İngiltərədən təklif var
"Bavariya"nın fransalı stoperi Dayo Upamekano üçün "Mançester Yunayted"dən təklif var.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kristian Folk məlumat yayıb.
İngiltərə klubu oyunçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, Upamekanonun Münhen klubu ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.
26 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.