Uqarte İstanbul nəhənginə keçə bilər
"Mançester Yunayted"in uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Qalatasaray" yanvar ayında 24 yaşlı futbolçunu transfer etmək istəyir.
Bu haqda jurnalist Erol Evcen məlumat yayıb.
Qeyd edək ki, Uqartenin dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.
O, bu mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.