"V Seni Cup" turniri keçiriləcək

22 noyabr 2018-ci il tarixində Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı, Seni firmasının dəstəyi ilə Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək.

SportLine.az xəbər verir ki, boccia idman növü Milli Paralimpiya Komitəsi tərəfindən artıq 5 ildir ki, ölkəmizdə təbliğ olunur. 06 dekabr 2014-cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci, 14 dekabr 2016-cı ildə üçüncü və 24 noyabr 2017-ci ildə dördüncü "SENİ CUP" turnirləri keçirilib.

Bu ilki turnirdə Ukraynadan və respublikanın müxtəlif regionlarından ümumilikdə 70-dək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Boccia Federasiyası cari ilin mart ayında Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Federasiyanın vitse-prezidenti Vüqar Əsgərov, baş kaitib isə İlham Məhərrəmovdur.