“Valensiya”dan anti-rekord

İspaniya Çempionatının 6 qat qalibi “Valensiya” mövsümə uğursuz nəticələrlə start verib.

Sportline.az xəbər verir ki, “Valensiya” evdə “Las Palmas”a 2:3 hesabı ilə məğlub olub.

10 turdan sonra 6 xal toplayan “yarasalar” hazırda aşkar autsayderdir. Bu, altıqat ölkə çempionunun son 67 ildə ən pis göstəricisidir.

Qeyd edək ki, “Valensiya” liqada rəqib qapılarından cəmi 7 top keçirib.