Van Deyk göz yaşlarını saxlaya bilməyən hakimə təsəlli verdi

UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün keçirilən Almaniya - Hollandiya görüşü maraqlı anla yadda qalıb. SportLine.az xəbər verir ki, görüşdən sonra rumıniyalı hakim Ovidiu Hatseqan göz yaşlarını saxlaya biməyib. Hakimin ağladığını görən Hollandiya millisinin kapitanı Vircil van Deyk onu təsəlli edib.

Qarşılaşmadan sonra açıqlamasında, "Hakim anasının həyatını itirməsi ilə bağlı yenicə xəbər aldığını bildirdi. Mən də ona güclü olmasını, oyunu yaxşı idarə etdiyini dedim. Bilmirəm, bununla ona nə qədər kömək etdim", - deyib.