Vaqif Cavadov "Sumqayıt"da

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov "Sumqayıt"la anlaşıb.

SportLine.az xəbər verir ki, bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Son dəqiqəyə qədər hansısa problem çıxmasa, tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub.