Vaqif Cavadovun yeni klubu bəlli oldu
"Sumqayıt" heyətini iki yeni futbolçu ilə gücləndirib. SportLine.az xəbər verir ki, klub Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovla müqavilə imzalayıb. Vaqif mövsümün sonunadək "Sumqayıt"ın şərəfini qoruyacaq.
Cavadovla yanaşı, Kənan Manafov da "Sumqayıt"la razılığa gəlib. "Neftçi"nin yetirməsi olan gənc oyunçu ilə ilyarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, bu futbolçu mövsümün ilk yarısını "Rəvan"da keçirib. Cavadov isə "Qəbələ"də çıxış edirdi.