Vasili Utkin Yuranla Karpinə "əlcək atdı": "Əgər siz kişisinizsə..."
Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin yenidən maraqlı açıqlamaları ilə gündəmdədir. Sportline.az xəbər verir ki, bu günlərdə yayımlanan videoda tanınmış futbol mütəxəssisləri Valeri Karpin və Sergey Yurana müraciət edən Utkin onları məhlə futboluna dəvət edərək meydan oxuyub: "Dostlarım, yoldaşlarım, etiraf edin ki, iki aydır hansısa mənasız işlə məşğulsunuz. Olmayan və heç vaxt olmayacaq komandanı hazırlaşdırırsınız. Necə gözəl şoudur. Hamınız baxmağa hazırlaşın. Sergey Yuran pis futbolçulara məşq keçir. Sizin komandanı məhlə futbolu oynamağa çağırıram. Əgər kişisinizsə, gəlin oynayaq. Sübut edin ki, yaxşı komandasınız".
Qeyd edək ki, Yuranla Karpin Rusiya teleməkanında yayımlanan "Kim legioner olmaq istəyir" realiti-şousunun yaradıcı heyətində yer alır.