Velbek "Brayton"da qalacaq

"Brayton"un ingiltərəli futbolçusu Denni Velbek klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda "BBC Sport" nəşri məlumat yayıb.

35 yaşlı forvard cari mövsüm meydana çıxdığı 30 matçda 11 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, D.Velbekin klubla hazırkı sözləşməsi yayda başa çatacaq.