Vəli Qasımov: "Maradona ilə eyni komandada oynaya bilərdim"

Veteran futbolçu Vəli Qasımov Rusiyanın sport-express.ru saytına müsahibəsində maraqlı məqamları xatırladıb. Sportline.az xəbər verir ki, sən demə,  Rusiya, İspaniya və Portuqaliyada legioner həyatı yaşayan hücumçunun, Argentina çempionatında da oynamaq imkanı olub. Qasımov, rusiyalı həmkarımızın: "Sizin Maradona ilə eyni komandada oynamaq imkanınızın olması doğrudurmu?" - sualını belə cavablandırıb: "Bəli, "Boka Xuniors" mənə təklif göndərmişdi. Həmin vaxt orada Maradona da oynayırdı. Bu təklif haqqında çox düşünsəm də, sonda imtina etdim. Argentina çempionatı haqqında demək olar ki, heç nə bilmirdim. Ölkə kimi də çəkmədi məni. Amma, Maradona ilə eyni komandada oynaya bilərdim. Təəssüfləndiyimi də, deməyə çətinlik çəkirəm. Argentina çempionatı ilə bağlı lazımı məlumatım olmadığından belə qərar verdim".