"Vest Hem" "Bormunt"dan futbolçu alır

"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub. 

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Bormunt"un ingiltərəli futbolçusu Markus Taverni "Vest Hem"dən təklif alıb.

London klubunun rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Taverninin transfer qiyməti 20 milyon avrodur.