“Vest Hem”də yeni baş məşqçi
İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem”in yeni baş məşqçisi bəlli olub.
Sportline.az xəbər verir ki, London klubu portuqaliyalı mütəxəssis Nunu Eşpiritu Santu ilə razılıq əldə edib. Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Portuqaliyalı çalışdırıcı ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir.