"Vest Hem"dən 26 milyon avroluq transfer
"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, bu mövsüm uğursuz nəticələr əldə edən London klubu yanvar ayında "Lill"in brazilyalı stopperi Aleksandronu transfer etmək niyyətindədir.
Bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.
Qeyd edək ki, sözügedən futbolçunun transfer qiyməti 26 milyon avrodur.
O, cari mövsüm Fransa klubunun heyətində 4 rəsmi matçda iştirak edib.