"Vest Hem"dən "Real"a təklif var

"Vest Hem Yunayted" "Real Madrid"in brazilyalı hücumçusu Endriki icarə əsasında heyətinə qatmaq istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu yanvar ayında "Real"a rəsmi təklif göndərəcək.

19 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, Endrikin Madrid klubu ilə sözləşməsi 2030-cu ilin yayına qədərdir.