"Vest Hem"dən "Sounthempton"a təklif var

"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, London klubu "Sounthempton"un portuqaliyalı yarımmüdafiəçisi Mateus Fernandeşi transfer etməyi düşünür.

21 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 15 milyon avrodur.

Qeyd edək ki, M.Fernandeşin "Sounthempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.