"Vest Hem"in hədəfində brazilyalı futbolçu var
"Vest Hem Yunayted" yeni hücumçu axtarışına çıxıb.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid"in brazilyalı futbolçusu Endrik "Vest Hem"ə keçə bilər.
London klubu 19 yaşlı forvardı icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Endrikin dəyəri 35 milyon avrodur.