Vikario "İnter"ə gedir
"Tottenhem"in qapıçısı Gilermo Vikario yayda klubdan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, "İnter" 29 yaşlı kiperi heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, G.Vikario cari mövsüm meydana çıxdığı 40 matçda qapısında 59 top görüb.