Viktor Gyökereşin transfer məbləği açıqlanıb
“Sportiq”in ulduz futbolçusu Viktor Gyökereşin transfer məbləği bəlli olub.
Sportline.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, isveçli futbolçuya görə “Sportinq” rəhbərliyi 110 milyon avro pul tələb edir.
26 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Arsenal” klubları yaxından maraqlanır.
Qeyd edək ki, Viktor Gyökereş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 20 qol və 4 asistlə yadda qalıb.