Viktor Valdes "Qırmızı şeytanlar"a lazım olmadı

"Mançester Yunayted" Viktor Valdesla yollarını ayırıb. SportLine.az xəbər verir ki, "Qırmızı şeytanlar" ispaniyalı qapıçının başa çatan müqaviləsini yeniləməyiblər. 

Klub, eləcə də, Nik Poulla yollarını ayırıb.

Qeyd edək ki, Viktor Valdes 2015-ci ildə "Mançester Yunayted"ə transfer edilmişdi. Əsas heyətə düşməkdə çətinlik çəkən qolkiper ötən mövsümü icarə əsasında Belçikanın “Standart” klubunda keçirib.