Villian penalti epizodundan danışdı

"Biz qələbəyə daha çox layiq idik. Nəticənin ədalətli olduğunu düşünürəm". SportLine.az xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Villian BT Sporta açıqlamasında deyib.

Penalti epizodundan da danışan hücumçu, "Kiçik toxunuş oldu və bu mənim yıxılmağıma kifayət etdi. Fikrimcə, qərar düzgün idi", - deyə bildirib.

"Hər üç gündən bir oynayırıq", - deyən Villian sıx qrafikdən şikayətlənib: "Dincəlmək üçün vaxtımız olmur. Buna görə, futbolçuların hamısı hər oyuna hazır çıxa bilmir. Son oyunlarda mən də belə yorğunluqdan əziyyət çəkirdim. Amma artıq özümü yaxşı hiss edirəm. Vurduğum qollar mənə daha çox güc verdi".