Vilyam Paço PSJ-də qalacaq

"Paris Sen-Jermen" ekvadorlu stopperi Vilyam Paço ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı futbolçu klubla 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş sözləşməyə qol çəkib. 

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, V.Paço bu mövsüm 12 rəsmi matçda iştirak edib.