"Vilyarreal"–"Barselona" oyunu ABŞ-da keçiriləcək
İspaniya Futbol Federasiyası La Liqanın 17-ci turunda baş tutacaq "Vilyarreal"–"Barselona" qarşılaşmasının ABŞ-ın Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda oynanmasına razılıq verib.
Sportline.az xəbər verir ki, Federasiyadan verilən açıqlamaya əsasən, idarə heyətinin toplantısından sonra 20 dekabr tarixində baş tutacaq oyunun hər iki klubun tələbi əsasında Mayaminin ev sahibliyi etməsi üçün müraciət etdiyi və bu müraciətin qəbul olunduğu bildirilib.