Vini qışda “Real Madrid”dən ayrıla bilər

Vinisius Juniorun "Real Madrid" rəhbərliyi ilə münasibətlərini pozulub.

Sportline.az xəbər verir ki, 25 yaşlı ulduz futbolçu yanvar ayında klubdan ayrıla bilər.

Bu haqda "El Chiringuito" kanalı məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları Vini ilə yaxından maraqlanır.

Qeyd edək ki, Brazilyalı millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 6 matçda 2 qol 2 asistlə yadda qalıb.

Vinisiusun transfer qiyməti 200 milyon avrodur.