Vinisiusun transfer qiyməti açıqlanıb

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisiusun transfer qiyməti açıqlanıb.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Madrid klubu Vini üçün 250 milyon avro tələb edir.

Səudiyyə Ərəbistanı klubları 25 yaşlı sol cinah vingeri ilə yaxından maraqlanır.

Qeyd edək ki, sözü gedən futbolçunun "Real Madrid"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

O, cari mövsüm meydana çıxdığı 16 matçda 6 qol 5 asistlə yadda qalıb.