Vinisius getsə, o gələcək

“Real Madrid”dən Erlinq Haaland planı gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Real Madrid” rəhbərliyi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandın nümayəndələri ilə gələn yay mümkün transfer barədə ilkin danışıqlar aparıb.

İspaniya nəhəngi bu keçidi reallaşdırmaq üçün ciddi maliyyə planı üzərində işləyir.

Məlumata görə, klub Vinisius Junioru 250 milyon avroya Səudiyyə Ərəbistanına satacağı halda, əldə olunacaq gəlir Haalandın transferinə yönəldiləcək.