Vitali Mutko yenidən prezident seçildi

Bu gün Rusiya Futbol İttifaqında (RFİ) növbədənkənar prezident seçkiləri keçirilib.

SportLine.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin idman naziri Vitali Mutka RFİ-nin yeni prezidenti seçilib.

Namizədlər sırasında V.Mutka ilə yanaşı,  Rusiya seçməsinin sabiq baş məşqçisi Valeri Qazzayev olub. Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), V.Qazzayev isə 142 səs (35 faiz) toplayıb.

Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005 - 2009-cu illərdə RFİ-nin prezidenti vəzifəsində çalışıb. O, 2 sentyabr 2015-ci ildə yenidən bu vəzifəyə bir il müddətinə seçilib.