Vlahoviç Premyer Liqada çıxış etmək istəyir

"Yuventus"un forvardı Duşan Vlahoviç yayda komandasını dəyişəcək.

Sportline.az xəbər verir ki, serbiyalı futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.

"Team Talk"un yaydığı məlumata görə, 26 yaşlı futbolçu ilə "Çelsi" və "Tottenhem" yaxından maraqlanır.

Qeyd edək ki, D.Vlahoviçin dəyəri 35 milyon avrodur.