Voleybol millimizdə son durum

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi axtarışları davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası bununla bağlı danışıqlar aparır.

Bu ilin mayında ölkəmizə dəvət olunan Covanni Kaprara ilə müqavilə sentyabrda - Avropa çempionatından sonra başa çatıb. Komandamız yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə yeni mütəxəssisin rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, Covanni Kaprara yığmanın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində və Avropa çempionatında çıxış edib.