"Vulverhempton" "Fənərbağça"nın futbolçusuna göz qoydu

"Fənərbağça"da icarə əsasında çıxış edən slovakiyalı futbolçu Milan Şıkırinyar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Vulverhempton" Şıkırinyarı transfer etmək üçün "Paris Sen-Jermen"lə danışıqlara başlayıb.

İngiltərə klubu 30 yaşlı stoperə həftəlik 200 min avro maaş təklif edib. 

Qeyd edək ki, Şıkırinyar "Fənərbağça"nın heyətində bu mövsüm çıxış etdiyi 21 matçda 2 qol və 2 asistlə yadda qalıb.